22 Dekabr 2024
Kateqoriyasız

“Araz Naxçıvan”dan AFFA və PFL-in “bostanına daş”: “Yalandı”

Bir neçə gün öncə fəaliyyətini dayandırmadığı və yenidən toplaşıb, Naxçıvan birinciliyi üzrə yarışlarda iştirak edəcəklərini yazan Naxçıvanın “Araz” klubu AFFA və PFL-in “bostanına” daş atıb.

İdmanxeber.com-un məlumatına görə, muxtar respublika təmsilçisinin rəsmi saytı bu dəfə AFFA ilə PFL-i yalançılıqda ittiham edib.

“Həqiqəti əks etdirməyən xəbərlər” başlığı altında dərc olunan yazıda aşağıdakı fikirlər qeyd olunub: “Klub çempionatdan imtina etdikdən sonra heç bir AFFA və ya PFL rəsmisi, nümayəndəsi Naxçıvan Muxtar Respublikasına gəlməyib. Bundan başqa, “Araz-Naxçıvan” çempionatdan imtina etməsi barədə rəsmi məktubda da göstərdiyi kimi, yalnız hakimliklə bağlı problemlərə görə çıxışını dayandırdığını bildirib. Klubun maliyyə və ya digər səbəblərdən heç bir problemi olmayıb. Əgər bu tipli problemlər olsaydı, o zaman komanda indi fəaliyyətini davam etdirməzdi. Digər tərəfdən, PFL tərəfindən verilən açıqlamada klubun çempionatda çıxışını davam etdirməsi və imtina etməməsi üçün muxtar respublika təmsilçisinə bir neçə təklif irəli sürdüyü də bildirilir. Tərəfimizdən bildirmək istəyirik ki, bu barədə qurum tərəfindən heç bir təklif almamışıq və yazılanlar əsassız xəbərlərdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43