21 Oktyabr 2024
İdman

“Araz-Naxçıvan”dan iki transfer

“Araz-Naxçıvan” futzal komandası heyətini iki oyunçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkə çempionu 28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli ilə anlaşıb.

Hər iki futzalçı qeydiyyatdan keçirilib və sabah “Baku Fire” ilə baş tutacaq görüşdə iştirak edə biləcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43