Peşəkar Futbol Liqasının Əsasnaməsinə əsasən oyunun start fitindən öncə üz-üzə gələn hər iki komandanın kapitanları bir-birləri ilə vımpel dəyişməlidi.
Oyundan öncə verilən vımpellər isə normal olaraq geri qaytarılmır. Lakin komandaların bir-birinə hədiyyə olaraq verdiyi vımpelin “Araz Naxçıvan”da məhdud sayda olduğu bildirilib. İddiaya görə, Naxçıvan təmsilçisi Premyer Liqanın bir neçə oyunundan öncə rəqiblərinə verdiyi vimpeli matçdan dərhal sonra geri istəyibmiş.
Klubun mətbuat xidmətindən məsələ ilə bağlı İdmanxeber.az saytına açıqlama verilib:
“Xəbər həqiqəti əks etdirmir. Əgər klublar oyunöncəsi rəqibin verdiyi vimpelləri hansısa bir güşədə saxlayırsa, mütləq şəkildə onların arasında “Araz-Naxçıvan”ın vimpelini də tapacaqsız. Vimpelin hazırlanması elə böyük maliyyə də tələb etmir ki, deyəsən, qənaət edilir…Sadəcə bu cür xəbərlərin yayılması təəssüf hissi yaradır. İstər vimpel, istərsə də klubun loqosu həkk olunan şərf, bayraq kifayət qədər çap olunub və bu gün anbarımızda da var”.