08 Fevral 2025
Ölkə futbolu

“Araz Naxçıvan”ın 3 futbolçusu məşqə qoşulmadı

“Zirə” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş oyundan sonra “Araz-Naxçıvan” məşqlərini bu gün bərpa edib.

İdmanxeber.az xəbər verir ki, soyuq. qarlı havada təxminən 1 saat davam edən hazırlıq prosesində yeni transfer Əyyub Allaş da iştirak edib. Əvəzində zədəsi davam edən Bəxtiyar Həsənalızadə, Ömər Buludov və Ramon Maçado kollektivə qoşulmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Milsi Premyer Liqasının XXII turunda “Kəpəz”lə qarşılaşacaq. Fevralın 10-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43