Topaz Premyer Liqasının VI turunda səfərdə “Xəzər Lənkəran”a 0-2 hesabı ilə uduzan “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev oyun barədə düşüncələrini bildirib.
İdmanxeber.com-un məlumatına görə, “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
“Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budur. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdırlar.”