08 Sentyabr 2024
Ölkə futbolu

“Araz-Naxçıvan”ın futbolçusu “Zirə” ilə oyunu buraxacaq

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI turunun oyununda iştirak etməyəcək.

İdmanxeber.az-ın məlumata görə, 29 yaşlı yarımmüdafiəçi cəza səbəbindən meydana çıxmayacaq.

Ötən tur “Səbail”lə (1:1) matçda sarı vərəqə alan oyunçu cəzalı duruma düşmüşdü.

Qeyd edək ki, dekabrın 12-də reallaşacaq “Zirə” – “Araz-Naxçıvan” görüşü saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43