19 Fevral 2025
Ölkə futbolu

“Araz Naxçıvan”ın Türkiyədə keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri bəlli oldu: adlar idmanxeber.com-da!

Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan” təlim-məşq toplantısının ikinci mərhələsini davam etdirmək üçün Türkiyəyə yollanıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Naxçıvan klubu qardaş ölkədə bir neçə yopxlamça görüşü keçirəcək. Artıq bu rəqiblərdən ikisinin adı bəllidi. Belə ki, Əsgər Abdullayevin başçılıq etdiyi komanda “Samsunspor” və Türkiyənin 20 yaşlılardan ibarət millisi ilə qarşılaşacaq.

Oyunların keçirilmə vaxtı və digər sınaqçı rəqiblərin adna yaxın günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43