Misli Premyer Liqasının 6-cı turunun açılış matçında “Kəpəz” səfərdə “Araz Naxçıvan”a məğlub olub (0:1).
Matçın son dəqiqələrində qorxulu anlar yaşanıb. Künc zərbəsindən sonra ikili mübarizədə yerdə qalan Gəncə təmsilçisinin futbolçusu Yeqor Xvalkoya həkim müdaxiləsi lazım olub.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun dili qatlanıb. Xvalko MRT olunması üçün xəstəxanaya aparılıb.