İdman

“Araz” qrupda son oyununa çıxır

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçiriləcək.

İdmanxeber.com xəbər verir ki, Azərbaycan çempionu “Araz”  qrup mərhələsindəki son görüşündə Makedoniyanın “Zalezareç” klubu ilə qarşılaşacaq. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız üçün bu matç formal xarakter daşıyacaq. Makodeniyada keçirilən oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Araz” bundan əvvəlki görüşləri qələbə ilə tamamlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43