Ölkə futbolu

“Araz”ın stadionu istifadəyə verildi

Bu gün əsaslı təmirdən sonra İ.Axundlu adına muxtar respublika stadionunun açılışı olub. 

Açılış zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov, MR Gənclər və İdman Naziri Azad Cabbarov, Muxtar Respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndərələri iştirak edib.

 Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılıb. Artıq oyun zamanı 12800 tamaşaçı matçları seyr edə biləcək. Həmçinin soyunub geyinmə otaqları, məqş zalları da təmir olunub. 

Qeyd edək ki, bu ildən birinci diviziona qoşulacaq “Araz” ev oyunlarını məhz bu stadionda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43