“Sonuna qədər mübarizə apardıq. Qələbə qazandığımız üçün çox sevincliyik. İndi nəticələri gözləyəcəyik. İnşAllah dualarla ən yaxşı üçüncü olacağıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Arda deyib.
Çexiya üzərində qələbəni şərh edən kapitan daha sonra sözlərinə belə davam edib:
“Biz heç vaxt pula görə oynamadıq, danışmadıq. Deyək ki, biz heç, anamı ağlatmasaydılar yaxşı olardı. Bəzilərini bağışlamayacam. Hər kəsin cavabını tək-tək verəcəm”.
Qeyd edək ki, D qrupunda qərarlaşan Türkiyə millisinin futbolçuları, xüsusui ilə də Arda ilk iki oyunda məğlub olduqdan sonra sərt formada tənqid olunmuşdu.