25 Sentyabr 2024
Dünya futbolu

“Arda inanılmaz bir istedaddır”

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella “Real”ın məşqində iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Arda Gülerlə şəxsən görüşüb. Montella ziyarəti barədə bunları deyib:

“Mən qərar verdim ki, Madriddə Ardanı ziyarət edim. O, inanılmaz bir istedaddır. Onu parlaq bir gələcək gözləyir”.

“Mən onun zədələri barədə narahat deyiləm, Arda bizim gələcəyimizdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43