22 Oktyabr 2024
Kateqoriyasız

Arda mətbuat konfransını yarımçıq tərk etdi (VİDEO)

Türkiyə millisinin kapiatnı Arda Turan İspaniya ilə oyundan öncə keçirilən mətbuat konfransını yarımçıq tərk edib.

İdmanxeber.com-un məlumatına görə, Ardanın belə addım atmasına səbəb Xorvatiyaya qarşı matçda zəif çıxışına dair səslənən tənqidi fikirlər olub. Futbolçu  “Ölkəmdə təhqir və tənqid dolu fikirlər məni üzür. Gənc komanda yoldaşlarımı yersiz tənqid edirlər. Onlar hər şeyin ən yaxşısını etməyə çalışırlar. Bu, haqsızlıqdır” – deyərək, bu olanlara etiraz edərək konfransı yarımçıq tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43