30 Noyabr 2021
Dünya futbolu

Arda Turan İngiltərə yolunda: Meneceri açıqladı!

“Atletiko”nun (Madrid) türk futbolçusu Arda Turanın yenidən Türkiyəyə dönəcəyi ilə bağlı yayılan xəbərə meneceri Ahmet Bulut “NTV spor” kanalına açıqlamasında aydınlıq gətirib.

Bulut,”Fənərbağça”nın Arda üçün təklif göndərmədiyini söylərkən, “Qalatasaray”la danışığımız oldu,ancaq “Atletiko” bu mövsüm futbolçunu satmaq istəmir”-deyə bildirdi.

Bundan əlavə, Ahmet Bulut futbolçuya Fransa və İngiltərədən təkliflərin olduğunu bildirdi.

“Futbolçunun bu il Türkiyəyə dönmək ehtimalı yoxdur. Fransadan təklif var,ancaq ən ciddi təklif İngiltərədən gəlib. Müqavilədə sərbəst qalmaq maddəsinə əsasən ingilis klublarından biri 24 milyon ödəsə, transfer gerçəkləşə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördüm” – Prosineçki

admin

İsveçdə ilin ən yaxşısı seçildi – İbrahimoviç kənarda qaldı

admin

İsrafilovlu “Kadiz”in məğlubiyyəti – VİDEO

admin