Dünya futbolu

Arda Turan: “O, mənim baş tacımdır”

“Atletiko”nun futbolçusu Arda Turan sevgilisi Sinem Kobaldan ayrılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib. Ulduz futbolçu “TV 8” kanalında qonaq olduğu bir verilişdə Sinemi çox sevdiyini və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:

“Sinem mənim uşaqlıq eşqimdir. Həyatımızda hər şeyi paylaşdıq, aramızda kiçik problemlər ola bilər, amma son dövrdə çıxan xəbərlər həqiqəti əks etdirmir. Sinem mənim baş tacımdır. Mətbuatda mənim ailəmlə əlaqədar xəbərlər çıxır, bunlar yaraşmır. Mən etdiyimdən çəkinəcək, gücünəcək bir insan deyiləm.

Sinemlə əlaqədar bir problemimiz olsa çıxar onsuz da danışarıq. Mən İspaniyada 3 gündə bir matç oynayıram. Mətbuatda çıxan hər xəbərə cavab verə bilmərəm. Sinem ilə də danışıram və bu vəziyyətləri qiymətləndiririk. Mən yaxşı niyyətli bir adamam və hər kəsin soruşduğu suallara cavab verərəm, amma səhv yazırlar. Sarı fırtına yaxşıdır, başımızın tacıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43