Kateqoriyasız

Arda Turan: “Sinəmdə Azərbaycan yazıldığı üçün fəxr edirəm”

“Mən Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram. Axı o mövsümün əvvəlində bizə dəstək oldu. Sinəmdə “Azərbaycan” yazıldığı üçün fəxr edirəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Madrid “Atletiko”sunun türk yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfər çərçivəsində yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyəli futbolçu gələcəyi ilə bağlı isə bunları deyib:

“Gələcəyimə gəlincə, 2017-ci ilə qədər müqaviləm var və heç yana hazırlaşmıram. “Atletiko”da özümü evdəki kimi hiss edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43