"Barselona" İspaniya kubokunun 1/4 final mərhələsinin cavab matçında qarşılaşacağı "Atletik"lə matçın hazırlığını davam etidirir.
İdmanxeber.com-un məlumatına görə, dünən baş tutan məşqdə Arda Turan səhhətində yaranan problemlərə görə iştirak etməyib. İlkin ehtimallara görə, futbolçu bu matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Barselona" – "Atletik" matçı yanvarın 27-də keçiriləcək.