Dünya futbolu

Arda Turanın komandası gücləndi

“Adana Demirspor”dan ayrılan Dorukhan Toköz karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la anlaşıb. Tərəflər arasında 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. 

Futbolçu “Adana Demirspor”un heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43