20 Sentyabr 2024
Dünya futbolu

Arda yenə kənarda qalacaq

Arda Gülerin “Real”dakı debütü bu həftəsonu da baş tutmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli gənc ulduz “kral klubu”nun dünənki məşqində iştirak etməyib. Onun yüngül zədəsinin olduğu bildirilir.

Ardanın “Valensiya”yla keçirələcək oyun üçün heyətə daxil edilməyəcəyi gözlənilir.

Bu ilin yayında “Fənərbağça”dan “Real”a transfer olan 18 yaşlı futbolçu heç bir qarşılaşmada forma geyinə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43