Madrid “Atletiko”sunun ulduz futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə cavab qarşılaşmasını buraxmalı olacaq.
İdmanxeber.com-un məlumatına görə, bu səbəb türkiyəli futbolçunun zədəli olmasıdı. İspaniyanın “AS” qəzetinin yaydığı xəbərə görə, Ardanın zədəsi təzələnə bilər. Məhz bu üzdən Arda cavab qarşılaşmasını buraxmalı olacaq.