24 Noyabr 2024
Dünya futbolu

“Ardıcıl 10 oyunda qalib gəlmək əla olardı” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqa çempionluğu uğrunda mübarizədən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” ötən tur lider “Arsenal”ı səfərdə 3:1 hesabı ilə məğlub edərək London klubu ilə xalını bərabərləşdirdi. İspaniyalı mütəxəssis bu qələbəni unutmalı olduqlarını açıqlayıb:

“Arsenal”ın ehtiyatda bir oyunu var. Bunu yaddan çıxarmaq olmaz. Bu, ciddi üstünlükdür. Onları səfərdə məğlub edərək yaxşı iş görmüşük. Ancaq bununla hər şey bitməyib. Bu qələbəni unutmalı və qarşıdakı “Nottinqem” matçına köklənməliyik. Ardıcıl 10 oyunda qalib gəlmək əla olardı. Ancaq biz cari mövsüm bunu edə bilməmişik. Hələ üç tur öncə “Tottenhem”ə məğlub olduq. Qarşıda bizi 6 oyunda bir dəfə uduzan komanda gözləyir”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43