“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Rüfət Nadirlinin müəllif və aparıcısı olduğu verilişin budəfəki qonaqları futbol şərhçisi Elnur Əşrəfoğlu və “Qəbələ”nin futbolçusu Amit Quluzadə olub. Verilişdə millimizin DÇ-2014 -ün seçmə mərhələsi çərçivəsində keçirilən son oyunlarına toxunulub, Berti Foqtsun vəzifəsində qalıb -qalmayacağı müzakirə olunub.