08 Avqust 2022
Kateqoriyasız

Argentina millisinin sabiq üzvü Azərbaycan klubunda – ÖZƏL

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu argentinalı müdafiəçi Fakundo Kardozonu heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacaq. Tərəflər arasında münasibətlər yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, o, müxtəlif illərdə ölkəsinin “Platense”, “Oll Boys”, “Arsenal Sarandi” klublarında oynayıb. Futbolçu Argentinanın U-20 millisində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Gəncədə Futbol Akademiyası inşa ediləcək

admin

Pedro “Qarabağ”a qayıdırmı? – Dəqiqləşdi

admin

ATV AFFA-dan qorxur?: “Sabah bütün suallara aydınlıq gələcək”

admin