Dünya futbolu

Argentina millisinin üzvü “Monako”da

Yeni mövsümdə qarşısına çempion olmaq hədəfi qoyan “Monako” növbəti transferini reallaşdırıb.

Fransız təmsilçisi İtaliyanın “Sampdoriya” klubunda forma geyinən argentinalı qapıçı Serxio Romeronu heyətinə qatıb.

26 yaşlı əlcək ustası 1 il icarə əsasında “Monako”da çıxış edəcək. Bu transferə görə, “qırmızı-ağlar” qarşı tərəfə 5 milyon  avro ödəyib.

Qeyd edək ki,Romero Argentina millisinin üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43