Lautaro Martines “İnter”lə müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, rəsmi açıqlamanın yaxın günlərdə olacağı gözlənilir. Yeni sözləşmə 2028-ə qədər nəzərdə tutulub, argentinalı forvardın məvacibi illik 7 milyon avro olacaq.
Lautaro 2018-ci ildən bəri “İnter”də çıxış edir. 26 yaşlı hücumçu bu mövsüm 19 oyunda 15 qol vurub.