Argentinanın “Boka Xuniors” klubu Paulo Dibalanı heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, “Yuventus” və PSJ-nin sabiq yarımmüdafiəçisi Leandro Paredes də oyunçunu ölkəsinə qayıtmağa razı salmağa çalışır.
30 yaşlı Dibalanın “Roma” klubu ilə müqaviləsi də 2025-ci ilin iyun ayına qədərdir. Onun sözləşməsində 12 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib.
Daha əvvəl bildirilib ki, forvard Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçməkdən imtina edib. Klub argentinalıya illik 20 milyon avro maaş təklif edib.