Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib.
İdmanxeber.com-un məlumatına görə, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları əməkdar məşqçi Arif Əsədov, FİFA-nın "Golden Foot" mükafatının jüri sədri Rasim Mövsümzadə və azarkeş Firudin Rzayev olub. "TOP TOP"da Azərbaycan klublarının Avroliqa oyunlarından və milli komandamızın qarşıdakı rəsmi oyunlarından söhbət açılıb. Həmçinin, Premyer Liqada mübarizə aparan klublarımızın hazırki durumundan danışılıb. Bir sözlə baxmağa dəyər.
Qeyd edək ki, "TOP TOP" verilişi hər həftə "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın sentyabrın 1-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik: