25 Dekabr 2024
Kateqoriyasız

Arif Əsədov: “Hər bir futbolçu qırmızı vərəqə ala bilərdi”

Topaz Premyer Liqasının XIII turunda “Neftçi” “Xəzər Lənkəran”ın qonağı oldu. 2-2 hesabı ilə başa çatan matçda paytaxt təmsilçisi son saniyələrdə vurulan qol hesabına 1 xal qazandı.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov son saniyələrdə məğlubiyyətdən xilas olduqları matçdan sonra bunları danışıb:

 “Neftçi” – “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Bu gün oyun məhz derbi adı ilə uzlaşdı. Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu. Mən hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik. Araz Abdullayev bu gün meydançaya çıxmadı. Araz lazımlı oyunçudur. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün  futbolçular buna əməl etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq. Qaydalar hər bir futbolçu üçün keçərlidir. Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir futbolçuya güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün çalışırıq. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala bilərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43