24 Dekabr 2024
Ölkə futbolu

Arif Əsədov: “Topu özümüzdə daha çox saxlamalı idik”

“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XI turunda AZAL-ı 4-0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib:

“Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43