“Qarabağ”ın hücumçusu Armenterosun İdmanxeber.com-a müsahibəsi.
– İlk öncə oyun haqda nə deyərdin?
– Çətin oyun oldu. Ancaq buna baxmayaraq qələbə qazana bildik.
– Qarşıdan “Anderlext”lə oyun gəlir…
– Həmişə “Anderlext”ə qarşı oyanamaq istəmişəm. “Qarabağ”dan əvvəl oynadığım komandada çoxlu dostlarım var. Onlar bu qarşılaşmanı izləməyə gələcəklər.
– Bu sizin üçün əlavə motivasiya olacaqmı?
– Təbii ki, xüsusi bir motivasiya olacaq. Amma peşəkar futbolçu kimi hazırlaşmalıyam
– Armenteros “Qarabağ”a nisbətən “Anderlext”i daha yaxından tanıyır. Bu bilgi komandaya kömək edəcəkmi?
– Əlbəttə, komanda haqda məlumat almaq üçün soruşa biləcəyim adamlar çoxdu, amma onlar da futbolçudu. Mən bilmirəm, onlar mənə nəyi deyə bilərlər. Komandada məqşçi heyəti yetərincə araşdıra bilir, məndən soruşmağa ehtiyac yoxdu.
– Reynaldonu layiqincə əvəz edə biləcəksənmi?
– Əlimdən gələni edəcəm, amma Reynaldo başqa futbolçudu, mən də başqa. Hal-hazırda rəqib liqada yaxşı durumda deyil. Komandada gərginlik var.