Ölkə futbolu

Armin Fe: “İkinci hissədə elə bildim təyyarə stadiona enəcək”

“Oyuna çox ciddi yanaşmışdıq. Matçın əvvəllərində erkən qol vurmamız yaxşı oldu. Mərhələni keçmişik demək olmaz, amma yaxşı nəticə ilə evə döndük. Cavab oyununda elə nəticə qazanmalıyıq ki, mərhələ adlayaq.

Bu sözləri Avropa Liqasının pley-off mərhələsi ilk oyunu çərçivəsində səfərdə təmsilçimiz “Qarabağ”a 2:0 hesabı ilə qalib gələn “Ayntraxt”ın baş məşqçisi Armin Fe oyunsonrası keçirilən mətbuat konfransında deyib. O, “Qarabağ”ın azarkeşlərinə heyran qaldığını bildirib:

“Biz əsas Almeydanı oyundan düşürə bildik. Bilirdik ki, “Qarabağ” oyunu Almeydanın üzərində qurur. “Qarabağ”ın əla azarkeşləri var. İkinci hissədə elə bildim təyyarə stadiona enəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43