Dünya futbolu

Arsen Venger: “Azərbaycanla matçda…”

“Arsenal”ın baş məşqçisi Arsen Venger aparıcı futolçusu Məsut Özilin Almaniya millisinin heyətində Azərbaycana qarşı keçirdiyi oyundan danışıb.

İdmanxeber.com-un məlumatına görə, fransalı çalışdırıcı oyun qurucusunun Bakıda baş tutan DÇ-2018-in seçmə mərhələsindəki qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bildiyini deyib:  “Məsut özünü təsdiq etmək üçün yenidən məşqlərə başladı. Azərbaycanla matçda 30 dəqiqə meydanda oldu və onun 20 dəqiqəsində səviyyəsini ortaya qoydu. Özil bu həftə güclü məşq edəcək və əvvəlki formasını bərpa etməyə çalışacaq”.

Venger futbolçunun Premyer Liqada “Mançester Siti”yə qarşı oynayıb-oynamayacağının dəqiqləşmədiyini vurğulayıb: “Bəli, o, “Mançester Siti” ilə görüşdə meydana çıxmaq gücündədir. Ona həmin oyunda çox ehtiyacımız var”.

Qeyd edək ki, “Arsenal” – “Mançester Siti” oyunu aprelin 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43