26 Dekabr 2024
Dünyadan

Arsen Venger: “Qalatasaray”ı məğlub etməsək, özümü axmaq kimi hiss edəcəm”

Çempionlar Liqası çərçivəsində “Borussiya”nı məğlub edən “Arsenal”ın baş məşqçisi maraqlı açıqlaması ilə yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, Fransalı baş məşqçi müsahibəsində: “Qrupun son matçını da qələbə qazanmaq üçün oynayacayıq. “Qalatasaray”ı məğlub etməsək, özümü axmaq kimi hiss edəcəm” deyə bildirib.

Qeyd edək ki, ilk oyunda “Arsenal” “Qalatasaray”a 4-1 hesabı ilə qalib gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43