29 Sentyabr 2024
Dünyadan

“Arsenal” 3 futbolçu ilə birdən müqavilə bağladı

İngiltərənin “Arsenal” klubu 3 futbolçu ilə yeni müqavilə bağlayıb.

İdmanxeber.com-un məlumatına görə, London klubu Aron Remzi ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən həftəlik 85 min funt sterlinq qazanacaq. 

“Topçular” Santi Kazorlanın müqaviləsini də yeniləyib. İspan futbolçu “Arsenal”da həftəsinə 80 min funt sterlinq qazanacaq. Bundan əlavə 17 yaşlı yarımmüdafiəçi Gedion Zelalem də “Arsenal”la müqavilə bağlayıb. Lakin bu müqavilənin detalları haqda heç bir məlumat verilmir. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43