Portuqaliyanın “Sportinq” klubunun hücumçusu Viktor Qyokereş karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” futbolçunun xidmətində maraqlıdı. “Topçular” yay transfer pəncərəsində bir hücumçu almaq istəyir. İngilislər Qyokereş üçün 65 milyon avro ödəməyə hazırdırlar.
26 yaşlı forvard 2023-cü ilin yayından Portuqaliya klubunda çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonunda başa çatacaq.