“Arsenal” Türkiyə millisinin üzvü Arda Güleri heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, London təmslçisi gənc oyunçunu icarəyə götürmək istəyir. “Topçular” qışda Madrid klubu ilə danışıqlara başlayacaq. Güler “Real”da çox forma şansı almadığı üçün ayrılmağa müsbət yanaşır.
Ancaq klubun prezidenti Florentino Perez oyunçunun göndərilməsinə qarşıdı. Onun Ardanı satmayacağı bildirilir.