09 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” Avropa çempionunu transfer edir

“Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merinonu transfer etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya millisinin heyətində Avropa çempionu olan 28 yaşlı yarımmüdafiəçi “Barselona” və “Atletiko”nun da maraq dairəsindədi. Merinonun “Real Sosyedad” ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Klub bir ildən sonra onu pulsuz itirməmək üçün onu bu yay satacaq.

Artıq “Arsenal” futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və “Real Sosyedad”a 30 milyon avro təklif edib. İspaniya klubunun futbolçunun ayrılmasına icazə verməsi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43