İngiltərə “Arsenal”ının aparıcı siması Məsut Özil tibbi müayinədən keçib.
İdmanxeber.com-un məlumatına görə, almaniyalı futbolçunun azı 1 ay yaşıl meydanlardan kənar qalacağı bildirilib.
Məhz buna görə, Özil Premyer Liqanın qarşıdakı 4-5 turunda “topçular”a kömək edə bilməyəcək.
Qeyd edək ki, Özil Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə cavab matçında sıradan çıxmışdı.