16 Oktyabr 2024
Dünya futbolu

“Arsenal” baş məşqçisi ilə müqaviləni uzatdı

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə bağlı qərarını verib. 

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı çalışdırıcıyla müqavilə uzadılıb. Onun yeni müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Arteta 2019-cu ildən London klubunda çalışır. “Topçular” ötən mövsüm Premyer Liqada 2-ci olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43