“Bavariya”nın futbolçusu Yozua Kimmix karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” alman yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Artıq tərəflər arasında danışıqların başladığı bildirilir.
Kimmixin “Bavariya” ilə sözləşməsi mövsümün sonunda başa çatır. “Arsenal” təcrübəli futbolçunun müqaviləsinin başa çatmasından yararlanaraq onu pulsuz rənglərinə bağlamağı planlaşdırır.
Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.