Kateqoriyasız

“Arsenal” bombardiri transfer edir

“Arsenal” heyətini “Seltik”in futbolçusu Odson Eduardla gücləndirməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “topçular”ın 22 yaşlı hücumçu üçün 25 milyon funt sterlinq ödəməyə hazır olduğu bildirilib.

Yaxın günlərdə London klubu Şotlandiya təmsilçisinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, hücumçu bu mövsüm 45 matçda 27 qol vurub, 19 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43