“Arsenal” Bukayo Sakanın zədələnməsinin ardından yeni oyunçu axtarışına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, London klubu “Milan”ın üzvü Samuel Çukvuezeni heyətinə qatmaq niyyətindədi. Artıq tərəflər arasına danışıqlara start verilib.
25 yaşlı nigeriyalının “Milan”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Vilyarreal”da da oynayıb.