Dünya futbolu

“Arsenal” bu xəbərlə sarsıldı

İngiltərə Federasiya Kubokunda doğma meydanda "Tottenhem"i (2:0) məğlub edən "Arsenal" ciddi itki ilə üzləşib.

Belə ki, oyunun gedişatında zədələnərək, meydanı yarımçıq tərk edən Teo Uolkotun son durumu müəyyənləşib. 

Tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Onun diz bağları dartılıb. 24 yaşlı oyunçu 4 həftəyə yaxın komandasına kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43