23 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” güclənmək niyyətindədir

“Arsenal” yanvarda “Brentford”dan Ayven Tounini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 27 yaşlı forvardı heyətinə qatmaq üçün 4 oyunçu satıb, lazım olan büdcəni yaratmaq istəyir.

8 ay futbol müsabiqələrindən uzaqlaşdırılan Touninin cəzası 2024-cü il yanvarın 17-də bitəcək.

“Brentford” ingiltərəli hücumçu üçün 80 milyon avro tələb edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43