Dünyadan

“Arsenal” hücumçusunu icarəyə verdi

İngiltərənin “Arsenal” klubu hücumçusu Maruan Şamakı yenidən icarəyə verib.

Ötən mövsüm “Vest Hem”də icarə əsasında çıxış edən mərakeşli futbolçu bu dəfə “Kristal Palas”ın formasını geyinəcək.

Gəldiyi gündən bəri gözlənilənləri verə bilməyən 29 yaşlı futbolçu bu mövsüm də “Arsenal”ın heyətində yer almayacaq. London təmsilçisinin rəhbərliyi sərfəli təklif alacaqları təqdirdə Şamakı satacaqlarını elan edib.

Qeyd edək ki, Şamak 3 il öncə “Bordo”dan “Arsenal”a transfer olunmuşdu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43