07 Oktyabr 2024
Kateqoriyasız

“Arsenal” misirli futbolçu ilə müqavilə bağladı

“Arsenal” klubu futbolçusu Muhammed Elneni ilə müqaviləni uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi futbolçuya bir illik yeni sözləşmə təklif edib. Tərəflər 2024-cü ilə qədər razılığa gəliblər.

Klub saytına danışan 30 yaşlı futbolçu komandada qaldığı üçün çox xoşbəxt olduğunu açıqlayıb. Elneni bu günə qədər “topçular”da 155 oyuna çıxıb və 6 qol vurub.

O, 2019-20-ci il mövsümünü icarə əsasında “Beşiktaş”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43