“Arsenal” PSV-nin yarımmüdafiəçisi Xavi Simonsla müqavilə bağlaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Mikel Arteta Qranit Xakanı 20 yaşlı futbolçu ilə əvəz etməyi düşünür.
Simonsun PSV ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, “Barselona”nın yetirtməsidir.
Cari mövsümdə yarımmüdafiəçi Hollandiya klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə edib.