“Atletik”in hücumameyilli yarımmüdafiəçisi Niko Uilyams karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” oyunçunu heyətinə qatmaq istəyir. London klubu oyunçuya qarşılıq 60 milyon avro təzminat ödəməyə hazırdı.
Londonlular cari mövsümün sonunda danışıqlara başlamaq niyyətindədirlər.
Uilyamsın “Atletik”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, İspaniya çempionatının bu mövsümündə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.