20 Sentyabr 2024
Dünya futbolu

“Arsenal” Premyer Liqa klubundan 30 milyon tələb edir

“Arsenal”ın hücumçusu Ris Nelson karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı ingilis futbolçunu “Vest Hem” transfer etmək niyyətindədi. “Topçular” futbolçu üçün 30 milyon avro istəyir.

Ötən mövsüm Nelson 24 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43