Dünya futbolu

“Arsenal” “Qarabağ”la oyuna ikinci heyətlə çıxacaq

İngiltərə mətbuatı Avroliqanın qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la qarşılaşacaq “Arsenal”ın oyuna ikinci heyətlə çıxacağını bildirib.

Baş məşqçi Unay Emerinin əsasən gənclərə şans verəcəyi və əsas oyunçuları həftəsonu liqa oyununa saxlayacağı qeyd olunub. “Arsenal”ın “Qarabağ”a qarşı keçirəcəyi oyunun təxmini 11-liyi isə belədir:

Petr Çex – Karl Yenkinson, Sokratis Papatatopulos, Loren Koselni, Eşli Meytlend-Nayız – Məhəmməd Elneni, Matteo Qeduzi – Co Uillok, Emil Smit-Rou, Aleks Ayvobi – Eddi Nketia.

Londondakı “Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43